Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir
bolge
5-12-2023, 15:34
98
![Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adının verilməsi təklif edilir](/uploads/posts/2023-12/thumbs/1701776124_1.jpg)
“Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
Deputat təklif edib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunmasında əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhrəmanlarının monumenti yerləşdirilsin.