Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
Sosial
29-11-2024, 08:58
63

Bu barədə “Report” “The Hill”ə istinadən xəbər verir.
"Ümid edirəm, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldar tədbirdir", - Bayden deyib.
"Biz Sakit Okean, Atlantik Okeanı və iki müttəfiqimiz, Meksika və Kanada ilə əhatə olunmuşuq. Etməli olduğumuz son şey bu münasibətləri korlamağa başlamaqdır", - o əlavə edib.
Bu həftənin əvvəlində Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, o, rəsmi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk gündən ABŞ-yə Kanada və Meksikadan daxil olan bütün mallara 25 % rüsum tətbiq etmək niyyətindədir. Onun sözlərinə görə, bu tədbir Meksika və Kanada vasitəsilə ABŞ-yə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan və Birləşmiş Ştatlarda cinayətkarlıq səviyyəsini artıran minlərlə insanın axını ilə bağlıdır.