Binəqədidə ikimərtəbəli evdə yanğın olub
hadise
30-01-2023, 15:22
57

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 180 kvadratmetr (hər mərtəbəsi 90 kvadratmetr, arakəsmə divarları və tavanı taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.