Tarix : 15-11-2022, 10:01 | Bölmə: cemiyyet

Sabahdan məktəblərdə payız tətili başlayırSabahdan, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.

Oxu.Az xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Növbəti tədris günü noyabrın 21-dədir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Oxşar xəbərlər