Qriqori Karasin: Rusiya ilə Azərbaycan qardaş dövlətlərdir
Sosial
29-05-2024, 09:07
138

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.
“Biz dünyada mövcud olan problemlərə prezidentlərimizin gözü ilə baxmağı, bunun regionumuz üçün nə demək olduğunu düzgün başa düşməyi öyrənmişik. Sabitliyi, konstruktivliyi çox yüksək qiymətləndiririk və Bakı indi bu məsələdə çox mühüm rol oynayır. Moskvada da hamı məhz belə düşünür, inşallah, gələcəkdə də belə olacaq. Ona görə də qardaş dost xalqımızı bayram münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırırıq”, - deyə o qeyd edib.