Türkiyə və Özbəkistan Prezidentləri Azərbaycana səfər edəcəklər
siyaset
6-10-2025, 10:33
15
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.
Tədbirlə əlaqədar Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusu altında keçirilən görüşün gündəliyinə təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Şimali Kipr Türk Cümhuriyyətinin (SKTC) Prezidenti Ersin Tatarın oktyabrın 6-da Azərbaycana səfər edəcəkləri barədə məlumat verilib.
