Ceyhun Bayramov almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
siyaset
23-09-2025, 12:10
17
"Report" xəbər verir ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə olunub.
Bundan başqa diplomatlar qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
