Ərdoğan: “Rusiyanın “Taxıl sazişi”nə qayıtması Qərb ölkələrindən asılıdır”
siyaset
9-08-2023, 13:44
191

Türkiyə lideri ölkələr arasında əldə edilən razılaşmalara sonradan riayət edilməməsini mənfi tendensiya kimi qiymətləndirib.
“Təəssüf ki, son vaxtlar əldə edilən razılaşmalara sadiqlik prinsipinə əməl edilmir”, - deyə prezident vurğulayıb.
R.T.Ərdoğan vurğulayıb ki, Qərb ölkələri Qara Dəniz taxıl təşəbbüsünün ətrafında əldə edilmiş müsbət ab-havanı əvvəlcə atəşkəsə, sonra isə daimi sülhə çevirmək üçün diplomatik addımlar atmayıblar.
Mənbə: Al Monitor