• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Öhdəliyə əməl etməyən PKK törəməsi - HƏMAS və "Hizbullah"dan sonra növbədə "SDQ"-dir - ŞƏRH

Siyasət

11-12-2025, 17:20

Öhdəliyə əməl etməyən PKK törəməsi - HƏMAS və "Hizbullah"dan sonra növbədə "SDQ"-dir - ŞƏRHBu günlərdə Suriyada yeni qüvvələrin hakimiyyətə gəlişinin, yaxud Bəşşar Əsəd rejiminin süqutunun bir ili tamam oldu.

Ölkədə mövcud olan gərginliyin azalması istiqamətində keçid Prezident Əhməd əş-Şaraa bir sıra mühüm addımlar atıb. İlk növbədə, rəsmi Dəməşq Qərblə münasibətlərə aydınlıq gətirib. Xüsusən, Prezidentin ABŞ-yə səfəri, Ağ Evdə Prezident Donald Trampla görüşü bunu təsdiqləyir.

Səfərdən sonra ABŞ-nin Suriya hakimiyyətinə hərbi texnika göndərməsinə dair informasiyanın yayılması da ikitərəfli əlaqələrin göstəricilərindəndir.

Yayılan hesabatlara əsasən, Ştatlar bu ölkədən yüzlərlə hərbçisini geri çəkmək prosesinə başlayıb. Bu da Bəşşar Əsəd rejiminin süqutundan sonra Suriyadakı təhlükəsizlik sahəsində dəyişikliyi əks etdirir.

Bildirilib ki, ABŞ Ərəb Respublikasındakı hərbçilərinin sayını təxminən 2000-dən 1400 nəfərə qədər azaldacaq. Belə hesab olunur ki, bu addım Ştatların ölkədə hərbi varlığını yenidən nəzərdən keçirməsi və bölgədəki yeni təhlükəsizlik şəraitinə uyğunlaşdırılması çərçivəsində atılır.Bu, həm də ABŞ-nin Suriyada təhlükəsizliyə təminat verəcəyini, sabitliyi pozacaq qüvvələrə qarşı çıxış edəcəyini ehtimal etməyə əsas verir.

Bununla belə, Ştatlarda Suriyanın daxili işlərinə müdaxilə edəcək potensial, yaxud fəaliyyətdə olan qüvvələrdən də narahatlıq var. B.Əsəd rejiminin süqutunun birilliyi ilə bağlı Senatın xarici işlər üzrə komitə sədri Cim Rişin yaydığı bəyanatda da bu məsələ vurğulanıb: "Əsədin repressiyaları qarşısında Suriya xalqının gücü və dayanıqlılığı, ABŞ sanksiyaları, Rusiyanın Əsədi dəstəkləmək imkanlarının azalması və İsrailin İslam Respublikasının kuklalarına qarşı ümumi müqaviməti ilə birlikdə rejimin süqutu Suriya xalqına daha yaxşı gələcək üçün şərait yaradıb".

Bəyanatda Suriya hakimiyyəti yenidən Rusiya və İranın təsirinə düşməməyə çağırılıb: "Biz Suriya hökumətini ölkəni Rusiya və İslam Respublikasının təsirindən azad etməyə, narkotik və kimyəvi silah ehtiyatlarını məhv etməyə, itkin düşmüş amerikalıların axtarışında əməkdaşlıq etməyə çağırmağa davam edirik".

Yeri gəlmişkən, bu acıqlamadan bir neçə gün öncə Suriya təhlükəsizlik qüvvələri Livandakı "Hizbullah" siyasi-silahlı qruplaşmaya silah göndərilməsinin qarşısını almışdı.

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı bildirib ki, regional tərəfdaşları ilə birlikdə "Hizbullah"ın tərk-silah edilməsində, Yaxın Şərqdə sülh və sabitliyin qorunmasında ortaq maraqları var. Komandanlıq Suriyanın qruplaşmaya silah göndərilməsinin qarşısını alması əməliyyatını təqdir edib. Dekabrın 4-də Suriya təhlükəsizlik qüvvələri "Hizbullah"a yüzlərlə mina ötürməyə çalışan bir nəfəri öldürüb, dörd nəfəri həbs edib.Məlum olduğu kimi, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) 2011-ci ildən Suriyadakı rejimin başlıca müdafiəçisi və yardımçısı olub. Qvardiyanın Qüds qoşunları döyüşçüləri, təlimatçıları Bəşşar Əsədin siyasi hakimiyyətini qoruyublar. Tehran Suriya ərazisindən həm də Livandakı "Hizbullah" qruplaşmasına silah-sursat və başqa hərbi avadanlıqlar ötürmək üçün istifadə edib. Sepahın İraq və Əfqanıstandan olan qüvvələri Dəməşq, Hələb və Livan-Suriya sərhədində həssas bölgələrə nəzarət edirdi.

Bütün xarici təsirlər zəiflədiyi, Qərb bloku başda olmaqla ABŞ ilə təhlükəsizlik məsələlərində tərəfdaş olduğu halda rəsmi Dəməşq Suriya daxilində gərginliyin aradan qaldırmasında çox ciddi problemlərlə üz-üzədir. Bu vəziyyət isə ölkənin unitarlığını, təhlükəsizliyini, ərazi bütövlüyünü, sabitliyini təhdid edir.

İndiki Ərəb Respublikasında daxili gərginliyi artıran əsas terrorçu PKK-nın bu ölkədəki YPG/PYD qollarının yaratdıqları "Suriya Demokratik Qüvvələri" ("SDQ") silahlı qruplaşmasıdır.

Bəşşar Əsəd rejiminin süqutundan sonra - 2025-ci il martın 10-da Əhməd əş-Şaraa ilə "SDQ" lideri arasında saziş imzalanmışdı. Bu sənəd keçid hökuməti ilə onlar arasında münasibətlərin tənzimləməsi, hərtərəfli siyasi prosesin bərpası, atəşkəsə, dövlət çərçivəsində mülki və hərbi qurumların inteqrasiyasına yönəlmiş səkkiz bənddən ibarətdir.Dekabrın 31-də "SDQ"-nin sazişdə üzərinə düşən öhdəliklərə əməl etməsi müddəti baş çatır. Dekabrın sonunadək Suriyada mövcud gərginliyin aradan qalxması üçün möhlət də başa çatır. Ancaq onlar bu istiqamətdə hələ real addım atmayıb. Bu qruplaşma tərkibində suriyalı olmayan silahlıların ölkəni tərk etməsinə imkan yaradılması kimi şərtlər irəli sürməklə imzasına qarşı çıxmağa çalışır.

Bu, həm də "SDQ" və onun təmsil etdiyi qüvvələrin Suriyaya inteqrasiyaya qarşı çıxmaq kimi də dəyərləndirilə bilər. Qruplaşma liderləri bu prosesi "formal" adlandıraraq onun reallaşmasının mümkünsüzlüyünü iddia edirlər. Bu qüvvə iddia edir ki, Suriyanın Şimal-Şərqində "təşkilatlanıblar". Başqa sözlə, regional idarəetmə forması yaradıblar, bunun isə rəsmi Dəməşqlə heç bir bağlılığı yoxdur.

Bununla da "SDQ" dekabrın 31-dək sazişə uyğun olaraq addım atmaq niyyətində olmadığını sərgiləyir. Belə ehtimal etmək olar ki, onların sayı Türkiyədən çıxdıqlarını elan etmiş PKK qruplaşmasının silahlıları hesabına artıb. Bu, həm də "SDQ"-yə xarici dəstəyin artmasına şərait yaradır.

İsrailin "druzların hüquqlarının müdafiəsi" adı altında Suriyada əməliyyatlar keçirməsi bu qruplaşmanın da sazişdən imtinasına təkan verir. Bununla belə, Prezident Əhməd əş-Şaraa xəbərdarlıq edərək bildirib ki, dekabrın 31-dək inteqrasiya təmin edilməzsə, "SDQ"-nin hərbi və inzibati varlığına" qarşı addımların atılması gündəmə gələ bilər.Deməli, "SDQ" öhdəliyini yerinə yetirməyəcəyi halda Suriyada sabitliyin pozulacağı ehtimalı çoxdur. Bu isə vəziyyətə region dövlətlərinin bu və başqa şəkildə müdaxiləsinə səbəb ola bilər. Suriyada hadisələrdə birbaşa iştirak edə bilməyən, yaxud bu prosesə qatılmaqdan məhrum edilmiş Rusiya və İran kimi dövlətlərin mərkəzi hakimiyyəti zəiflətmək, yaxud Bəşşar Əsəd rejiminin qısasını almaq məqsədi ilə gərginlik ocağını körükləməsi də mümkündür. Bu isə Yaxın Şərqdə - Qəzza zolağında zəifləmiş, tərk-silah mərhələsinə yaxın HƏMAS, Livanda zəiflədilən "Hizbullah", Yəməndə hələ fəaliyyətini bütün gücü ilə davam etdirən husi qiyamçılarının yaratdıqları problemlərin, böhranın təzələnməsi olar.

Çünki Suriyada özünü "de-yure" buraxılmış elan edən PKK-nın hədəfi "SDQ" adı altında Suriyanı parçalamaq, yaxud muxtariyyət əldə etməkdir. Türkiyə, ərəb ölkələri və bölgədənkənar başqa dövlətlər Suriyanın ərazi bütövlüyü və suverenliyinin tərəfdarıdır. Ona görə perspektivdə Türkiyənin də vəziyyətə müdaxilə ehtimalı az deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə 2018-ci il yanvarın 20-də "Zeytun budağı" antiterror əməliyyatı ilə Suriya ilə sərhəd bölgələrinə silahlı qüvvələrini yeridib. Əməliyyatın məqsədi Türkiyənin varlığını təhdid edən terror təşkilatlarını (PKK, KCK, PYD-YPG və İŞİD) bölgədən uzaqlaşdırmaq, sərhəd xəttini və bölgədəki əhalinin təhlükəsizliyini təmin etmək, oranı nəzarət altına almaq idi.

İndi "SDQ"-nin bu ərazilərdə güclənməklə Suriyadakı mərkəzi hakimiyyətə inteqrasiyadann boyun qaçırması həm də Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyini təhdid edə bilər.İnteqrasiya bu hədələrin qarşısını ala biləcək ən doğru yol sayılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətinin mövqeyini belə açıqlayıb: "Suriyanın parçalanmasına əsla icazə verməyəcəyik. Əgər diplomatiya uğursuz olarsa, Türkiyə sərhəd təhlükəsizliyi üçün addımlarını atar".

Ölkənin xarici işlər naziri Hakan Fidan bu günlərdə Doha Forumunda etdiyi çıxışında bildirmişdi: "SDQ" PKK ilə əlaqəsi olan bir terror təşkilatıdır. Suriya ilə anlaşmalar olsa belə, PKK-nın qolu olan bu ünsürlər Suriya ordusuna alına bilməz".

Bu, "SDQ" tərkibindəki silahlıların Suriya ordusunda xidmətinin rədd edilməsi anlamına da gəlir.

Odur ki, bu qruplaşma üçün bir yola icazə verilir - silahları təhvil verib Ərəb Respublikası cəmiyyətinə inteqrasiya etmək. Oxşar yol HƏMAS və "Hizbullah"a da təqdim olunmuşdu. Onların hikkəsi Fələstini, o cümlədən Qəzzanı və Livanı ağır duruma saldı. "SDQ" də Suriyadan kənar güclərə arxalanmaqla ölkəni və bölgəni yeni qarşıdurmaya sürükləyir.

HƏMAS və "Hizbullah" qalib çıxmadı, PKK "de-yure" özünü buraxdı, hətta Türkiyədən çıxdığını elan etdi. Oxşar taleni "SDQ" və ətrafındakı dəstələr də yaşaya bilər. Çünki bölgədə sabitliyin pozulması güclərin ziyanına işləyir.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Siyasət

17-05-2024, 09:23

Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış o ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 09:50
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Dünən, 09:49
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
17-06-2026, 18:42
Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
16-06-2026, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Son xəbərlər
  • Dünən, 14:07
    “Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
  • Dünən, 09:53
    Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
  • Dünən, 09:52
    Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
  • Dünən, 09:52
    Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
  • Dünən, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • Dünən, 09:50
    Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
  • Dünən, 09:49
    Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
  • Dünən, 09:48
    İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
  • 18-06-2026, 23:16
    Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:24
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
  • 18-06-2026, 14:47
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • 18-06-2026, 14:46
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • 18-06-2026, 10:16
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • 18-06-2026, 10:13
    İlham Əliyev: Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır
  • 18-06-2026, 10:12
    Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
  • 18-06-2026, 10:11
    Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
  • 18-06-2026, 10:07
    İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • 17-06-2026, 18:42
    Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
  • 17-06-2026, 11:16
    Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
  • 17-06-2026, 10:40
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • 17-06-2026, 10:38
    Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
  • 17-06-2026, 10:36
    Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
  • 16-06-2026, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • 16-06-2026, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • 16-06-2026, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • 16-06-2026, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
  • 16-06-2026, 10:24
    Azərbaycanda Məhərrəm ayı başlayıb
  • 15-06-2026, 14:21
    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
  • 15-06-2026, 08:50
    İlham Əliyev: Əminəm ki, Azərbaycan - ABŞ dostluğunun dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik
  • 15-06-2026, 08:43
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2026, 10:47
    DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
  • 14-06-2026, 10:45
    Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...