Prezident: “Bu konfrans bizə qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək” » Memur.az

Prezident: “Bu konfrans bizə qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək”

Prezident: “Bu konfrans bizə qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək”“Bu konfrans bizə regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, bugünkü konfransın əsas mövzusu Orta Dəhliz olsa da, iştirakçıları nəzərə alsaq, biz, həmçinin siyasət, təhlükəsizlik və iqtisadiyyat məsələlərini də müzakirə edəcəyik.