• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Reuters: COP29-da iqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün yeni vergi və yığımların tətbiqi müzakirə olunur

İqtisadiyyat

20-11-2024, 09:30

Reuters: COP29-da iqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün yeni vergi və yığımların tətbiqi müzakirə olunurAzərbaycanda keçirilən COP29 iqlim danışıqlarında iqlim dəyişikliyi ilə mübarizə üçün lazımi maliyyələşməni təmin edə biləcək mümkün yeni vergilər müzakirə olunur. Təkliflər arasında gəmiçilik, aviasiya, qalıq yanacaqlar və maliyyə əməliyyatları üzrə vergilər, həmçinin varlı ölkələr və korporasiyalar üçün əlavə yığımların tətbiqi var. Məqsəd inkişaf etməkdə olan ölkələrə qlobal istiləşməyə uyğunlaşmaqda kömək etmək üçün illik 1 trilyon dollar və daha çox maliyyə hədəfinə çatmaqdır. Vəsait axtarışının istiqamətlərindən biri müxtəlif sektorlara vergilərin tətbiqidir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Ən çox müzakirə olunan variantlardan biri dünya emissiyalarının 3 %-ni təşkil edən gəmiçiliyə yığımdır. Yığım modelləri karbon dioksid üçün ton başına 150 dollar sabit dərəcə nəzərdə tutur ki, bu da 2027-2030-cu illər ərzində illik 127 milyard dollar gətirə bilər. Avropa İttifaqı və Yaponiya ton başına 100 dollar yığımın tərəfdarıdır, Baham adaları və Liberiya isə təxminən 18,75 dollar kimi daha aşağı dərəcə təklif edir.

Digər əsas sektor dünya emissiyalarının 2%-ni təşkil edən aviasiya sektorudur. Təyyarə yanacağına, özəl təyyarələrə və lüks sinif biletlərinə yığımlar müzakirə olunur. Bu cür yığımların tətbiqi illik 19-164 milyard dollar gətirə bilər. Artıq 29 ölkədə aviasiya yanacağına və biletlərə yığımlar mövcuddur.

Həmçinin qalıq yanacaq növlərinə əlavə yığımlar da nəzərdən keçirilir. Məsələn, neft və qaz hasilatına yığım və ya enerji şirkətlərinin ifrat mənfəətinə vergi 216 milyard dollar toplamağa kömək edə bilər. 2023-cü ildə ən böyük neft-qaz şirkətlərinin ifrat mənfəətinə təklif olunan vergi təxminən 173 milyard dollar gətirə bilərdi.

Danışıqlarda maliyyə əməliyyatlarına yığım məsələsi də müzakirə olunur. Səhm və istiqrazların ticarətinə 0,1 % dərəcənin tətbiqi illik 419 milyard dollar gətirə bilər.

Karbon vergiləri də iqlim dəyişikliyi ilə mübarizədə vacib element kimi nəzərdən keçirilir. Hazırda 83 yurisdiksiyada dünya emissiyalarının 24 %-ni əhatə edən 75 karbon qiymətləndirmə mexanizmi mövcuddur. Lakin onların əksəriyyəti emissiyaların azaldılması məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyədən aşağıdır.

Sərvət vergisinin müzakirəsi də az əhəmiyyətli deyil. G20 çərçivəsində dünyanın təxminən 3 000 milyarderi üçün 2 % qlobal minimum sərvət vergisinin tətbiqi təklif olunub ki, bu da ildə təxminən 250 milyard dollar gətirə bilər.

Bundan əlavə, kriptovalyutalara və plastik çirklənməyə vergilər də qiymətləndirilir. 2022-ci ildə Qazaxıstan kriptovalyuta maynerlərinə vergi tətbiq etməyə başlayıb və bu əməliyyatlar üçün enerji istehlakına dünya vergisi 5,2 milyard dollar gətirə bilər. Cənubi Koreyada gələn həftə plastik tullantılarla mübarizəyə dair görüş keçiriləcək ki, burada ilkin plastik polimerlərin istehsalçılarına verginin tətbiqi də müzakirə olunur.

“Reuters” qeyd edib ki, bu təkliflər iqlim dəyişikliyi ilə mübarizə səylərinin maliyyə dəstəyinə yönəlmiş geniş tədbirlər spektrinin yalnız bir hissəsini təşkil edir.

Paylaş:
Digər xəbərlər

Dünya

7-11-2024, 09:12

Politico: Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard doll ...

Sosial

17-07-2024, 09:04

Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 3,3 milyard dollar a ...

Siyasət

9-11-2023, 14:43

Prezident: “Azərbaycana 310 milyard dollar sərmayə qoyulması ölkəmizdə münb ...

Dünya

16-02-2023, 10:17

ABŞ Ukraynaya 10 milyard dollar ayıracaq

Siyasət

13-10-2022, 12:17

Azərbaycan Prezidenti: “Ərazilərin minalardan təmizlənməsi üçün təxminən 30 ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
26-05-2026, 10:13
Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
25-05-2026, 10:40
QMİ Qurban bayramı ilə bağlı fətva verib
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Son xəbərlər
  • Bu gün, 15:11
    Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
  • Bu gün, 14:23
    Türkiyə XİN-dən Azərbaycana 28 May təbriki
  • Bu gün, 14:22
    Azərbaycan Cümhuriyyətinin ilk hökumətində nazirlər - ADLAR
  • Bu gün, 14:21
    Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
  • Bu gün, 14:12
    Prezident Şuşa, Xankəndi və Xocalıya səfər etdi
  • Bu gün, 13:54
    Bir Qəhrəmanın gündəliyi…
  • Dünən, 16:38
    Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
  • Dünən, 16:36
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
  • Dünən, 16:33
    Azərbaycanda Qurban bayramı qeyd edilir
  • 26-05-2026, 10:14
    İslamabadda Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib
  • 26-05-2026, 10:13
    Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 26-05-2026, 10:12
    MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri görüşəcək
  • 26-05-2026, 10:12
    Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
  • 26-05-2026, 10:11
    Moskvada Azərbaycan-Rusiya münasibətləri müzakirə edilib
  • 25-05-2026, 17:14
    “Bir anlıq məsuliyyətsizlik bütöv ailənin faciəsinə çevrilir”
  • 25-05-2026, 15:25
    Şəhər təsərrüfatının inkişafına töhfə verən rəhbər – Elmin Zamanov
  • 25-05-2026, 10:40
    QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • 25-05-2026, 10:40
    Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
  • 25-05-2026, 10:39
    XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir
  • 25-05-2026, 10:38
    Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
  • 25-05-2026, 10:38
    XTQ-nin hərbi vəzifəlilərinin təlim toplanışı keçirilib
  • 25-05-2026, 10:37
    Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür
  • 25-05-2026, 10:36
    Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
  • 24-05-2026, 12:43
    U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
  • 24-05-2026, 12:41
    Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb
  • 23-05-2026, 18:14
    Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur
  • 23-05-2026, 18:12
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • 23-05-2026, 18:10
    Azərbaycanla Tacikistanın elm və təhsil sahəsində əməkdaşlığı müzakirə olunub
  • 22-05-2026, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • 22-05-2026, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • 22-05-2026, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • 22-05-2026, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 22-05-2026, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • 22-05-2026, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • 22-05-2026, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...