Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
cemiyyet
8-04-2024, 10:59
162

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.
Düşən yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.