ABŞ Dövlət Departamentində yenidənqurmanın başlandığı təsdiqlənib
Sosial
Bu gün, 09:11
3

“Report” “Fox News”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.
"Yenidən qurulmanın məqsədi işçilərin fəaliyyət və proqramlarını" “Amerika hər şeydən öndə” xarici siyasətinin prioritetlərinə tam uyğunlaşdırmaqdır", - o deyib.
Bryus əlavə edib ki, Ali Məhkəmənin bu yaxınlarda yekdil qərarı Departamentin yenidən qurulmasına başlamağa imkan verir. Gözlənilir ki, bu, nazirliyin təkcə aktual vəzifələrə uyğun inkişafını təmin etməyəcək, həm də onu öz mənşəyinə - nəticə yönlü demokratiyaya qaytaracaq.
Bundan əvvəl dövlət katibi Marko Rubio bürokratiyanı azaltmaq və xərcləri optimallaşdırmaq lazım olduğunu bildirərək, son 25 ildə Dövlət Departamentinin strukturunun əhəmiyyətli dərəcədə artdığını və bunun da işin səmərəliliyini azaltdığını qeyd edib.