Serbiya Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bildirib
Sosial
Bu gün, 09:10
3

"Report"un xəbərinə görə, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Romada Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.
"Mən Serbiyanın sülhə sarsılmaz dəstəyimizlə Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə biləcək istənilən danışıqlar üçün - ictimai, özəl, qeyri-rəsmi - platforma olmağa hazır olduğunu bildirdim", - Curiçin sözləri Serbiya Nazirlər Kabinetinin bəyanatında yer alıb.
Serbiyanın Ukraynanın bərpası layihələrində mümkün iştirakı kontekstində Curiç bildirib ki, iki konkret regionun bərpası ilə bağlı danışıqlar aparılır.
"Serbiya zərər çəkmiş mülki şəxslərə yardım göstərməyə yönəlmiş bütün təşəbbüslərdə iştirak edəcək", - o vurğulayıb.