Polşanın baş naziri: Qərb Rusiyaya qarşı sanksiyaları təmin edəcək mexanizm yaratmalıdır
Sosial
Bu gün, 09:10
5

"Report"un "TVP İnfo" telekanalına istinadən verdiyi xəbərə görə, bu təklifi Polşanın Baş naziri Donald Tusk irəli sürüb.
“Avropa-Amerika daimi sanksiyalar siyasəti uzun illər birgə olmalıdır, çünki Rusiya problem yaradır və tərəfdaş deyil, problem olacaq”, - Polşanın baş naziri Romada keçirdiyi mətbuat konfransında bildirib.
Xatırladaq ki, iyulun 7-də Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı 2022-ci ildən bu günədək Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır. Nazirin sözlərinə görə, bunlar neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Moskvaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.