"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsert proqramını izləyiblər.
Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.
Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini böyük həvəslə ifa ediblər.
