"Memurtv.az"ın Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar zamanı çıxışında deyib.
Prezident deyib ki, Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər:
"BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim".




