Səfir: Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir

sosial sebeke

Səfir: Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldirBerlin və Bakı arasında qurulmuş yüksək səviyyəli dialoq iki ölkə arasındakı tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldir.

"MemurTv.az" xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Prezident İlham Əliyevin Almaniyaya səfərinə dair "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

Səfir Prezident İlham Əliyevin Almaniyaya səfərinin önəminə diqqət çəkib:

"Bu səfər dəyişməkdə olan qlobal geosiyasi reallıqlar kontekstində Avropanın, xüsusən də onun iqtisadi güc mərkəzi olan Almaniyanın Cənubi Qafqaza baxışında əsaslı dəyişikliyin aydın sübutudur", - V. Sadıqov qeyd edib.