İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər xəsarət alıb.

Memurtv.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində məlumat verib.

Qəza Dəşt-Abbas-Mormuri avtomobil yolunda baş verib. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, ilkin məlumatda 5 nəfərin öldüyü, 17 nəfərin yaralandığı bildirilmişdi. Sonradan xilasedicilərin məlumatı əsasında qurbanların sayı yenilənib.


Hadisənin səbəbləri araşdırılır.