"MemurTv.az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammal, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
