Ərdoğan Putinin Türkiyəyə səfər edə biləcəyi tarixi açıqlayıb » Memur.az

Ərdoğan Putinin Türkiyəyə səfər edə biləcəyi tarixi açıqlayıb

Ərdoğan Putinin Türkiyəyə səfər edə biləcəyi tarixi açıqlayıbRusiya prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində iştirak edə bilər.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı Akkuyu AES-in ilk enerji blokuna nüvə yanacağının aprelin 27-də yüklənəcəyini və bundan sonra obyektin rəsmi olaraq nüvə obyekti sayılacağını vurğulayıb.

“Akkuyu AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Cənab Putinin aprelin 27-də keçiriləcək mərasim üçün (Türkiyəyə) gəlmə ehtimalı var. Ola bilsin ki, biz onlayn formatda orada birlikdə iştirak edək”, - deyə o bildirib.
Akkuyu - Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

Mənbə: A Haber