255 mənzil şəhid ailələri və qazilər üçün hazırlanıb » Memur.az

255 mənzil şəhid ailələri və qazilər üçün hazırlanıb

255 mənzil şəhid ailələri və qazilər üçün hazırlanıbBakıda daha 255 mənzilin şəhid ailələri və qazilərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadələrinə verilməsi nəzərdə tutulur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub.