Aqil Nağıyev: “Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm” » Memur.az

Aqil Nağıyev: “Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm”

Aqil Nağıyev: “Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm”“Uzun illərdən sonra Laçına qovuşmağı sözlə təsvir edə bilmirəm”.

Bunu “Trend”ə açıqlamasında Laçın sakini Aqil Nağıyev deyib.

Onun sözlərinə görə, 1992-ci ildə mənfur ermənilərin hücumu nəticəsində 22 yaşında Laçından çıxıb. Qardaşı Cavanşir Nağıyev 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.

Laçın sakini deyib ki, Laçın həsrəti, Həkəri həsrəti uzun illər oraya qayıtmaq hissini daha da gücləndirib.
“Laçına dönmək, orada yaşamaq bizim borcumuzdur. Biz torpaqlarımızı igidlərimizin, qəhrəmanlarımızın canı bahasına azad etmişik.

Allah Prezidentimizə, rəhbərliyimizə möhkəm güc və cansağlığı versin. Şəhidlərimizin ruhu qarşısında diz çöküb baş əyirəm. Allah qazilərimizə cansağlığı versin”, - o deyib.

Qeyd edək ki, bu gün daha 93 nəfərdən ibarət 23 ailə Laçına dönüb. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.