Tarix : 30-12-2022, 09:18 | Bölmə: medeniyyet

Monqolustanda Çingiz xanın paytaxtı bərpa olunacaq1235-1260-cı illərdə Monqol İmperiyasının ilk paytaxtı olan Karakorum şəhəri bərpa olunacaq.

Müvafiq fərmanı Monqolustan prezident Uxnaaqiyn Xurelsux imzalayıb.

“Böyük imperator Çingiz xanın anadan olmasının 860 illiyi münasibətilə Monqolustan Prezidenti Orxon vadisindəki tarix və mədəniyyət abidəsinin tərkibində yerləşən Böyük Monqolustanın paytaxtı Karakorum şəhərinin bərpa olunması haqqında sərəncam imzalayıb”, - məlumatda bildirilib.

Vurğulanıb ki, Karakorum Monqolustanın yeni sosial-iqtisadi, eləcə də mədəni və mənəvi inkişafı mərkəzinə çevrilə bilər.

Qeyd edək ki, hazırda Karakorum şəhəri Xarhorin rayonunun seyrək məskunlaşdırılmış mərkəzidir. O, Monqolustanın hazırkı paytaxtı Ulan-Batordan 350 km şərqdə yerləşir.

Mənbə: rossaprimavera.ru

Oxşar xəbərlər