FIFA Şimali Koreyada dünya çempionatının təşkilini nəzərdən keçirməyə hazırdır » Memur.az

FIFA Şimali Koreyada dünya çempionatının təşkilini nəzərdən keçirməyə hazırdır

FIFA Şimali Koreyada dünya çempionatının təşkilini nəzərdən keçirməyə hazırdırFIFA prezidenti Canni İnfantino bildirib ki, istənilən ölkə dünya çempionatına ev sahibliyi edə bilər.

Qurumun rəhbəri Cənubi Koreya ilə birgə turnirə ev sahibliyi edə biləcəyini qiymətləndirmək üçün keçmişdə Şimali Koreyaya səfər etdiyini etiraf edib.

“FIFA qlobal futbol təşkilatıdır. Biz siyasət deyil, futbol adamlarıyıq və insanları bir araya gətirmək istəyirik.

İstənilən ölkə turnirə ev sahibliyi edə bilər. Şimali Koreya nəsə etmək istəyirsə, buyursun. Mən əslində bir neçə il əvvəl Şimali Koreyaya getmişdim ki, onların Cənubi Koreya ilə turnir keçirməyə hazır olub-olmadığını öyrənim. Əlbəttə ki, səfərim uğursuz oldu, amma müsbət nəticə olsaydı, daha 100 dəfə gedərdim”, – İnfantino Dohadakı mətbuat konfransında deyib.

Qeyd edək ki, Şimali Koreya 2010-cu ildən dünya çempionatında iştirak etmir.

Mənbə: news.sportbox.ru