Çin uzaqdan zondlama peykini orbitə çıxarıb
dunya
5-07-2024, 09:28
95

“Report”xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti məlumat yayıb.
Qurğunun buraxılışı Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) dəyişdirilmiş CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. Bu, "Long March" tipli daşıyıcı üçün 527-ci buraxılış olub.
"Tianhui 5-02" coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi tədqiqatlar üçün istifadə olunacaq.
Modifikasiya edilmiş "CZ-6" yeni nəsil ikipilləli ekoloji cəhətdən təmiz raketdir, diametri 4,2 m-dir, uzunluğu 50 m-ə çatır.