Tarix : 13-10-2022, 12:22 | Bölmə: dunya

NATO Ukrayna səmasını bağlaya bilərUkrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak sosial şəbəkələrdə bildirib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Ramştayn formatındakı növbəti iclasında respublika səmasının bağlanması barədə qərar qəbul olunacaq.

Yermak sammiti tarixi adlandırıb və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla daim təmasda olduğunu vurğulayıb.

Qeyd edək ki, “qapalı səma” termini ölkə üzərində uçuşa qadağan zona yaradılmasını nəzərdə tutur. Bu, əslində münaqişənin üçüncü tərəfinin bu rejimi pozan bütün təyyarələri vuracağına dair vədi deməkdir.

“Biz müttəfiqlərimizlə daimi dialoqdayıq. Sallivanla son söhbətlərimizin mövzusu Kiyev üçün müasir hava hücumundan müdafiə sistemləri olub”, - Andrey Yermak yazıb.

Çox güman ki, söhbət yeni hava hücumundan müdafiə sistemlərindən gedir. Növbəti “Ramştayn”ın bu həftə baş tutacağı məlum olsa da, dəqiq tarix hələ müəyyənləşməyib.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq də son çıxışında yeni hava hücumundan müdafiə sistemlərindən söhbət açıb. O, Kiyevin bu istiqamətdəki təchizatına diqqət yetirəcəyini vəd edib.

Mənbə: “Komsomolskaya Pravda”

Oxşar xəbərlər