Güclü külək Qəbələdə məktəbin damını uçurub » Memur.az

Güclü külək Qəbələdə məktəbin damını uçurub

Güclü külək Qəbələdə məktəbin damını uçurubQəbələdə ötən günün ikinci yarısından başlayan külək sonradan güclənib. Nəticədə şəhər məktəblərindən birinin dam örtüyünün bir hissəsini uçurub.

Bu barədə Bizim.media-ya rayon təhsil sektorundan məlumat verilib.

Bildirilir ki, şiddətli külək nəticəsində Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli tam orta məktəbin dam örtüyünə ciddi ziyan dəyib. Damın bir hissəsini külək dağıdıb.
Hadisə axşama doğru olduğundan xəsarət alan olmayıb.