• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azad edilmiş ərazilərə səfərlərin liberallaşdırılması: Qarabağ turizm və iqtisadi inkişaf yolunda - ARAŞDIRMA

Sosial

21-07-2025, 17:15

Azad edilmiş ərazilərə səfərlərin liberallaşdırılması: Qarabağ turizm və iqtisadi inkişaf yolunda - ARAŞDIRMAAzərbaycanın işğaldan azad olunmuş ərazilərində - Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndidə - genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq bölgəyə səfərlərin tənzimlənməsi siyasəti də yeni mərhələyə qədəm qoyub. İyulun 23-dən etibarən həm yerli, həm də xarici vətəndaşlara bu ərazilərə səfərə icazə verilməsi, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma və sosial-iqtisadi inkişaf strategiyasının mühüm mərhələsi kimi qiymətləndirilə bilər.

Bu qərar təkcə vətəndaşların doğma torpaqlarına səfərərini asanlaşdırmaqla kifayətlənmir, eyni zamanda əcnəbiləri də əhatə edir ki, bu da ölkənin turizm və nəqliyyat sektorlarının, həmçinin bütövlükdə regionların inkişafında dönüş nöqtəsi hesab oluna bilər. Xarici ölkə vətəndaşları üçün yaradılan yeni səfər imkanları həm də postmünaqişə reallıqlarının təbliği baxımından əhəmiyyət kəsb edir. Regiona gediş-gəlişin liberallaşdırılması, burada formalaşan yeni infrastruktur, o cümlədən beynəlxalq hava limanları və magistral yollar, həm dövlət, həm də özəl sektor üçün mühüm investisiya fürsətləri yaradır.

Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı infrastruktur və bərpa layihələri regionun davamlı şəkildə məskunlaşması, iqtisadi dövriyyənin formalaşması və turizm potensialının reallaşdırılması üçün möhkəm təməl yaradır. Artıq bu ərazilərin həm daxili, həm də beynəlxalq turizm axınlarına açılması yeni iqtisadi dinamikanın formalaşmasına imkan verəcək.

“Report” mövzu ilə bağlı apardığı araşdırmada turizm və nəqliyyat sahəsinin ekspertlərinin fikirlərini təqdim edir.

Turizmin dirçəlməsi: Qarabağ və Şərqi Zəngəzur yeni marşrutlara çevrilir

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib ki, artıq Qarabağa səfərlərlə bağlı marşrutlar müəyyən olunub və vətəndaşların icazə əldə etməsi proseduru xeyli sadələşdirilib:“İcazə müddəti iki gündən beş günə qədər uzadılıb. Paralel olaraq həmin ərazilərdə əhalinin köçürülməsi, infrastrukturun qurulması və tikinti işləri davam edir. Hər hansı bölgənin dirçəlməsi üçün orada insanların məskunlaşması və gediş-gəlişin artması vacibdir. Bu, iqtisadi fəallığın artmasına, ticarət və xidmət sektorunun canlanmasına səbəb olacaq. Artıq həmin ərazilərdə ictimai həyat formalaşır, hotellər və digər turizm infrastrukturu yaradılır ki, bu da daha çox insanın ora səfər etməsinə imkan yaradır”.

C.Aşurov xüsusilə xarici vətəndaşların səfərlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu imkanlar regionun beynəlxalq turizm bazarında tanıdılması baxımından mühüm fürsətdir:

“Əcnəbilərə də səfər icazələrinin verilməsi bölgənin turizm potensialının reallaşdırılması və yerli əhalinin rifahının yüksəldilməsi baxımından əhəmiyyətlidir. Qarabağla mənəvi bağları olan xaricdə yaşayan azərbaycanlılar üçün bu səfərlər emosional və simvolik əhəmiyyət daşıyır. Artıq bölgədə fəaliyyət göstərən beynəlxalq hava limanları gələcəkdə birbaşa beynəlxalq uçuşların təşkilinə şərait yaradacaq”.

Nəqliyyat strategiyası: Qarabağda misilsiz infrastruktur yeniləməsi

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev “Böyük Qayıdış” proqramı çərçivəsində reallaşan infrastruktur layihələrinin miqyasına görə regionda və dünyada nümunə ola biləcəyini bildirir:

“Hazırda eyni anda 3 382 kilometrə yaxın avtomobil və dəmir yollarının, hava limanlarının və yaşayış məntəqələrinin sıfırdan tikilməsi kimi layihələr Avropada belə az rast gəlinir. Bu baxımdan, Azərbaycanda eyni anda bu qədər iri layihənin həyata keçirilməsi mühüm hadisədir”.

Ekspert qeyd edir ki, bu infrastruktur fonunda əvvəllər mövcud olan səfər məhdudiyyətlərinin aradan qaldırılması təqdirəlayiq tendensiyadır:

“Sevindirici haldır ki, yalnız yerli vətəndaşlar deyil, həm də xarici vətəndaşlar azad olunmuş Qarabağa səfər edə biləcəklər. Bu, həm informasiya axınının artmasına, həm də dünya ictimaiyyətinin bölgədə baş verən bərpa prosesləri ilə yaxından tanış olmasına imkan yaradacaq”.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə vurğulayıb ki, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri miqyasına görə dünya miqyasında nümunə ola bilər:

“Böyük Qayıdış proqramı çərçivəsində bildiyimiz kimi bir çox infrastruktur layihələri icra olunur, həm Qarabağda, həm Şərqi Zəngəzurda. Eyni anda böyük layihələr icra olunur və mən deyərdim ki, Avropada bu səviyyədə, yəni eyni anda 3 382 kilometrə yaxın yolun tikintisi, dəmir yolunun tikintisi, hava limanlarının tikintisi və yaşayış məntəqələrinin sıfırdan tikintisi kimi layihələr demək olar ki, hazırda yoxdur”.

R.Ağamirzəyev bildirib ki, hazırda bölgədə müxtəlif statuslu yolların tikintisi davam edir və bir çox istiqamətlərdə gediş-gəliş artıq mümkündür:

“Bəzi yollar artıq istifadəyə verilib, digərlərində işlər davam edir. Təhlükəsizlik və texniki standartlara əməl edilməklə bu səfərlər tam təhlükəsiz şəkildə təşkil oluna bilər. Artıq Şuşa, Laçın, Füzuli, Zəngilan və digər bölgələrə müntəzəm gediş-gəliş bərpa olunub. Bir sıra yerlərdə müvəqqəti məhdudiyyətlər tətbiq olunsa da, yaxın illərdə bu ərazilərdə tam inteqrasiya və daimi nəqliyyat axını təmin ediləcək”.

Onun sözlərinə görə, Şuşada bərpa işləri ilə yanaşı qalmaq imkanları da yaranıb, Xankəndi, Laçın, Ağdərə, Zəngilanın Ağalı kəndi, Cəbrayıl və Füzulidə bu cür imkanlar genişlənməkdədir: "Təbii ki, bəzi ərazilərdə tikinti səbəbindən məhdudiyyətlər qalmaqdadır, lakin yaxın illərdə bu layihələrin əksəriyyəti başa çatdırılacaq”.

Ekspertin fikrincə, iki il ərzində bu bölgələrə daha müntəzəm, intensiv və fərqli nəqliyyat vasitələri ilə səfərlərin təşkili mümkün olacaq.

O əlavə edib ki, gələcəkdə bu səfərlər daha geniş miqyasda və müntəzəm şəkildə, həm avtobus, həm dəmir yolu, həm də fərdi nəqliyyat vasitələri ilə mümkün olacaq.

“Əvvəllər yalnız müəyyən icazə ilə mümkünsə, bu gün həm yerli, həm də xarici vətəndaşlar üçün real səfər imkanları yaradılıb. Bu, həm şəffaflıq, həm də inkişaf baxımından önəmli addımdır”.Turist axını: Yeni maraq mərkəzi

Rəsmi statistikaya əsasən, bu ilin I yarısında Azərbaycana 178 ölkədən 1 milyon 217,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Gələnlərin əsas hissəsi Rusiya (25,8 %), Türkiyə (17,6 %), Hindistan (9,4 %), İran (8,2 %), Gürcüstan (4,2 %), Qazaxıstan (3,7 %), Səudiyyə Ərəbistanı (3,2 %), Pakistan (2,9 %), Çin (2,1 %) vətəndaşları olub. Hər birindən 1,9 % olmaqla İsrail və Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri (1,8 %), Ukrayna (1,4 %), Türkmənistan (1,3 %), hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,6 %-i digər ölkələrin vətəndaşları olub. Bu rəqəmlər Qarabağa beynəlxalq turist marağının formalaşması üçün potensial auditoriyanın geniş olduğunu göstərir.

Həm turizm, həm də nəqliyyat mütəxəssislərinin fikirləri bir daha sübut edir ki, Qarabağa səfərlərin liberallaşdırılması fiziki gediş-gəliş məsələsi ilə yanaşı, həm də Azərbaycanın strateji inkişaf yolunda atdığı növbəti addımdır. Sosial, iqtisadi və mədəni inteqrasiyanı gücləndirən bu proses həm yerli əhalinin rifahına töhfə verəcək, həm də regionun beynəlxalq iqtisadi-turizm xəritəsində mövqeyini möhkəmləndirəcək.

Bu qərarla Azərbaycan həm işğaldan azad olunmuş ərazilərinə, həm də gələcəyinə doğru yeni bir səhifə açır.

Paylaş:
Digər xəbərlər

Sosial

10-05-2024, 09:17

PA rəhbəri: “Laçın, Füzuli, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ...

Cəmiyyət

27-01-2024, 11:01

Səfir: “Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayı ...

Bölgə

28-08-2023, 12:40

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir

Siyasət

19-10-2022, 12:02

İlham Əliyev 27-ci Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına müraciət ün ...

Siyasət

19-10-2022, 11:21

Prezident: “Zəngəzur dəhlizinin reallaşdırılması regionu mühüm nəqliyyat-ti ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
19-06-2026, 09:50
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
19-06-2026, 09:49
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
17-06-2026, 18:42
Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
16-06-2026, 10:24
Azərbaycanda Məhərrəm ayı başlayıb
14-06-2026, 10:47
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
12-06-2026, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Son xəbərlər
  • Bu gün, 12:25
    Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
  • Bu gün, 12:22
    Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
  • Dünən, 15:05
    Türkiyə TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişini təsdiqləyib
  • Dünən, 14:59
    Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub
  • Dünən, 14:56
    Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY
  • Dünən, 14:53
    Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
  • 19-06-2026, 14:07
    “Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib
  • 19-06-2026, 09:53
    Azərbaycan Misirlə qarşılıqlı biznes platforma formalaşdırmağı müzakirə edib
  • 19-06-2026, 09:52
    Rəhman Hümmətov: "Orta dəhliz infrastrukturunun prioritet şəkildə inkişafı zəruridir"
  • 19-06-2026, 09:52
    Xankəndi şəhərinə daha 18 ailə yola salınıb
  • 19-06-2026, 09:51
    Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
  • 19-06-2026, 09:50
    Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
  • 19-06-2026, 09:49
    Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
  • 19-06-2026, 09:48
    İran XİN İordan çayının Qərb sahilində baş verənləri pisləyib
  • 18-06-2026, 23:16
    Elşad Hacıyev: DİN-ə gün ərzində daxil olan müraciətlərin çoxu sosial media ilə əlaqədardır
  • 18-06-2026, 18:39
    “TABIA Group” və “FlyKhiva” arasında əməkdaşlıq memorandumu imzalandı
  • 18-06-2026, 18:24
    Sultan Hacıyev keniyalı nazirlə görüşdü
  • 18-06-2026, 18:19
    İlham Əliyev Bakıda açılış mərasimində
  • 18-06-2026, 16:01
    İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
  • 18-06-2026, 14:47
    İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
  • 18-06-2026, 14:46
    İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
  • 18-06-2026, 10:16
    İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
  • 18-06-2026, 10:13
    İlham Əliyev: Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır
  • 18-06-2026, 10:12
    Prezident: Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik
  • 18-06-2026, 10:11
    Azərbaycan İraqla monetar siyasətin təkmilləşdirilməsini müzakirə edib
  • 18-06-2026, 10:07
    İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
  • 17-06-2026, 18:42
    Vətənə sədaqətin və xeyirxahlığın nümunəsi-Vətənpərvər iş adamı Üzeyir İsmayılov
  • 17-06-2026, 11:16
    Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
  • 17-06-2026, 10:40
    İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
  • 17-06-2026, 10:38
    Əli Əsədov: Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb
  • 17-06-2026, 10:36
    Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
  • 16-06-2026, 16:02
    Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası elektronlaşdırılır
  • 16-06-2026, 12:41
    Fərhan Əliyev – Peşəkarlıq, məsuliyyət və inkişaf yolunun uğurlu rəhbəri
  • 16-06-2026, 10:31
    Azərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir
  • 16-06-2026, 10:26
    Anar Kərimov: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...