Ramiz Rzayev: Ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi dəyişməz olaraq qalır
Sosial
28-02-2025, 10:11
30

"Report" xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin ilk Forumunda Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib.
O bildirib ki, müasir inkişafın reallıqları və bu günün çağırışları bütün sahələrdə olduğu kimi məhkəmə hakimiyyətinin fəaliyyətində də islahatların daimi əsasda və sistemli aparılmasını, təkmilləşdirilmələrin və yeniliklərin tətbiqini labüd edir:
"Məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması dövrün tələbidir. Dövr, zaman nə qədər dəyişsə də, cəmiyyət nə qədər inkişaf etsə də ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi dəyişməz olaraq qalır – insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdı".