Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirilib
Sosial
26-02-2025, 09:58
32

"Report"un Qarabağ bürosunun məlumatına görə, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.
Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.