Kim Çen In: KXDR Cənubi Koreyaya hücumda maraqlı deyil
Sosial
8-10-2024, 09:13
73

“Report” xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In deyib.
“Düzünü desəm, Cənubi Koreyaya hücum etmək fikrimiz belə yoxdur. Sadəcə bu fikir məni ürküdür, mən bu insanlarla üz-üzə durmaq belə istəmirəm. Bundan əvvəl biz cənubun bir növ azad edilməsindən çox danışdıq, hətta zorla birləşmədən də danışdılar. İndi buna qətiyyən maraq yoxdur”,-deyə o, vurğulayıb.
O xatırladıb ki, Pxenyan iki dövlətin mövcudluğunun faktiki tanınmasını nəzərdə tutan kurs elan edib: “Amma problem ondadır ki, onlar bizimlə ayaqlaşa bilmirlər”.