Ərdoğan: “Bizim heç bir ölkə ilə həll olunmayacaq problemimiz yoxdur” » Memur.az

Ərdoğan: “Bizim heç bir ölkə ilə həll olunmayacaq problemimiz yoxdur”

Ərdoğan: “Bizim heç bir ölkə ilə həll olunmayacaq problemimiz yoxdur”Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.

Toplantı təxminən 3 saat 20 dəqiqə davam edib.

Ərdoğan görüşdən sonra mətbuata açıqlamalar verib. O, Türkiyənin heç bir ölkə ilə, o cümlədən də qonşu dövlətlərlə həlli mümkünsüz probleminin olmadığını bəyan edib.
“Bizim heç bir ölkə ilə, xüsusən də qonşularımızla həll olunmayacaq problemimiz yoxdur. İnanırıq ki, mövcud mübahisələr həll olunacaq. Biz bunu son 21 ildə dəfələrlə həyata keçirmişik. Eyni uğuru əldə etməyimiz üçün heç bir maneə yoxdur. Ümid edirəm ki, biz tezliklə həm ölkəmizin, həm də Avropa İttifaqının marağında olacaq nəticələri görəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Mənbə: TRT