Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi » Memur.az

Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi

Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdiMüdafiə Nazirliyi Azərbaycan Ordusunun guya Basarkeçər rayonunun Günəşli məntəqəsi istiqamətində atəş açması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə nazirlik məlumat yayıb.
“Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə qeyd edilib.