• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Müdafiə naziri 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Sosial

8-11-2022, 18:20

Müdafiə naziri 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edibMüdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Ölkənin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün müdafiə edilməsi və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.

Ulu öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyədədir. Bu, hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu monolit birliyə, sarsılmaz bir qalaya çevrilib.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.

Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

3 avqust və 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı birləşmələrinin yenidən sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarının qarşısı Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri ilə alındı.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hər zaman olduğu kimi, bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. Eyni zamanda, şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi, veteranlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 8 Noyabr - Zəfər Günü münasibətilə şəxsi heyəti ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!”

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 12:15
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
26-05-2026, 10:13
Yol polisi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
25-05-2026, 10:40
QMİ Qurban bayramı ilə bağlı fətva verib
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
Son xəbərlər
  • Bu gün, 18:09
    Dövlətçilik, qətiyyət və inkişafın simvolu – Prezident İlham Əliyev
  • Bu gün, 15:41
    Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə edilib
  • Bu gün, 15:40
    Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib
  • Bu gün, 15:39
    İlham Əliyev: Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir
  • Bu gün, 10:02
    Bakıda Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı beynəlxalq konfrans keçiriləcək
  • Bu gün, 10:00
    İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir
  • Bu gün, 09:57
    İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
  • Bu gün, 09:55
    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
  • Dünən, 17:40
    Qanunun keşiyində dayanan peşəkar rəhbər – Polis polkovniki Cavid Muradov
  • Dünən, 17:40
    Leyla Əliyevadan fermer qadına incə davranış
  • Dünən, 17:39
    AzTU bu vəzifələr üzrə işçi axtarır
  • Dünən, 17:38
    Netanyahu Livanda işğalın genişləndirilməsini əmr etdi
  • Dünən, 17:37
    İlk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
  • Dünən, 12:21
    SEPAH: ABŞ-nin MQ1 pilotsuz uçuş aparatını vurmuşuq
  • Dünən, 12:18
    ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
  • Dünən, 12:15
    AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
  • 30-05-2026, 14:16
    Lüksemburqda Azərbaycan Evi açılıb
  • 30-05-2026, 14:11
    İlham Əliyev Xorvatiyanın milli bayramı münasibətilə Zoran Milanoviçi təbrik edib
  • 29-05-2026, 21:41
    Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
  • 29-05-2026, 21:13
    Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
  • 29-05-2026, 14:52
    Azərbaycan-Gürcüstan qatarlarında sərhəd-gömrük prosedurlarının sürətləndirilməsi tapşırılıb
  • 29-05-2026, 14:51
    Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
  • 28-05-2026, 21:13
    ŞUŞAYA GEDƏN QƏHRƏMANLIQ YOLU
  • 28-05-2026, 18:31
    Azərbaycan Prezidenti: Müstəqillik Gününü azad olunan ərazilərdə qeyd etməyim ənənəyə çevrilib
  • 28-05-2026, 18:27
    Zakir Həsənov Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 28-05-2026, 18:24
    İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir
  • 28-05-2026, 16:44
    Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
  • 28-05-2026, 15:11
    Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
  • 28-05-2026, 14:23
    Türkiyə XİN-dən Azərbaycana 28 May təbriki
  • 28-05-2026, 14:22
    Azərbaycan Cümhuriyyətinin ilk hökumətində nazirlər - ADLAR
  • 28-05-2026, 14:21
    Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
  • 28-05-2026, 14:12
    Prezident Şuşa, Xankəndi və Xocalıya səfər etdi
  • 28-05-2026, 13:54
    Bir Qəhrəmanın gündəliyi…
  • 27-05-2026, 16:38
    Təzəpir məscidində Qurban bayramı namazı qılınıb
  • 27-05-2026, 16:36
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...