Nazir: Azərbaycanla Qazaxıstanın iqtisadi zonaları arasında geniş əməkdaşlıq potensialı mövcuddur
siyaset
11-03-2025, 11:22
57

“Report”un Qazaxıstan bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə birgə brifinqdə deyib.
Nəqliyyat-kommunikasiya istiqamətinə gəlincə, nazir bildirib ki, Orta Dəhlizin ayrılmaz komponenti olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsi, habelə Rəqəmsal İpək Yolu Layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralı layihəsi Azərbaycan-Qazaxıstan əməkdaşlığının dinamik xarakter almasına xidmət edəcək.