İlham Əliyev: “Qurultayda mühüm qərarlar qəbul ediləcəyinə əminəm”
siyaset
15-12-2023, 10:56
162

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb.
“İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar”, - deyə Prezident İlham Əliyevin məktubunda qeyd olunub.