Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər
siyaset
25-09-2023, 09:52
169

Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıblar.
Bununla yanaşı, nazir müavinləri regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını qeyd ediblər, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetiriblər.
Mənbə: TASS