• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Prezident “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun yola salınması mərasimində - YENİLƏNİB

Siyasət

13-12-2022, 17:15

Prezident “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun yola salınması mərasimində - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər, videoçarx nümayiş olunub.

Bildirilib ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.

BP-nin regional prezidenti Qəri Counz deyib: “Bu, hər iki tərəfdə yerləşən nəhəng çənlərin idarəetmə modullarıdır. Hər tərəfində belə üç çən var. Olduqca nəhəng qurğudur”.

Prezident İlham Əliyev: “Bəli, həqiqətən də möhtəşəmdir. Video çox əhatəli idi. Sıfırdan nəhəng infrastruktur qurğusu yaradılıb”.

Qəri Counz: “Burada – zavodda gördüyünüz hər şey poladdan hazırlanıb”.

Prezident İlham Əliyev: “Bəli, bu da ən böyük nailiyyətlərdən biridir. Çünki başlanğıcda bu, heç də belə deyildi. Lakin bir müddət sonra bütün inşaat işləri burada həyata keçirildi. Bu, əhəmiyyətli nailiyyətdir. Bundan başqa, bir neçə gün əvvəl “Akademik Xoşbəxt Yusifzadə” tankerini istismara verərkən, biz faktiki olaraq bütün gələcəyimizə, neft-qaz layihələrinə mühüm töhfə vermiş bu ərazinin, zavodun keçmişi ilə bağlı xatirələrimizi bölüşdük. Çünki əgər o, 1970-1980-ci illərin sonunda yaradılmasaydı, hasilata başlamaq daha çox vaxt aparardı”.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə: “Bəli, burada dərin özüllər zavodu Heydər Əliyevin sayəsində tikildi. O, olmasaydı, zavodu burada tikməyəcəkdilər”.

Qəri Counz: “Görüləcək çox iş var. Bilirsiniz ki, biz “Şahdəniz”də də dərində qazma işləri aparırıq. Çox maraqlıdır. Növbəti 30 il bəlkə də son 30 ildən daha da maraqlı olacaq”.

Prezident İlham Əliyev: “Bəli, xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, düşünürəm ki, əsl vaxtında olacaq. Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək. Praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq oldu. Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir”.

Qəri Counz: “Bu, bizim məqsədimizdir”.

Rövşən Nəcəf: “Tərəfdaşlarla müzakirə etdiyimiz ideya ondan ibarət idi ki, tərəfdaş olmaq sadəcə mənfəət və xərclərin bölüşməsi deyil. Eyni zamanda, bilik və yeni texnologiyaların mübadiləsidir. Ona görə biz daha yaxşı nəticə əldə etmək üçün yeni mütəxəssisləri, yeni fikirləri və yenilikləri bir araya gətiririk”.

Sonra Prezident İlham Əliyev, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və BP-nin regional prezidenti Qəri Counz dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basıblar.

Prezident İlham Əliyev: “Bizim daha bir vacib mərasimimiz var. Qəri Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir”.

Qəri Counz: “Cənab Prezident, bu, mənim üçün gözlənilməz oldu. Sizə çox təşəkkür edirəm”.

Prezident İlham Əliyev: “Siz buna həqiqətən layiqsiniz. Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm”.

Qəri Counz: “Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidenti Qəri Counza təqdim edib.

10:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
Son xəbərlər
  • Dünən, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • Dünən, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • Dünən, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • Dünən, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • Dünən, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • Dünən, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • Dünən, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • Dünən, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
  • 20-05-2026, 13:04
    Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
  • 20-05-2026, 13:03
    Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
  • 20-05-2026, 13:03
    Mikayıl Cabbarov: "Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər"
  • 20-05-2026, 13:02
    Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
  • 20-05-2026, 13:02
    Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar
  • 19-05-2026, 14:40
    İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
  • 19-05-2026, 10:56
    Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
  • 19-05-2026, 10:54
    Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub
  • 19-05-2026, 10:53
    Azərbaycan və Slovakiya biznes əlaqələrinin gücləndirilməsini müzakirə edib
  • 19-05-2026, 10:10
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək
  • 19-05-2026, 10:08
    Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
  • 19-05-2026, 10:07
    Prezident: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...