Azərbaycan neftinin qiyməti artıb » Memur.az

Azərbaycan neftinin qiyməti artıb

Azərbaycan neftinin qiyməti artıbDünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,49 ABŞ dolları, yaxud 1,79% artaraq 84,66 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.