Hadisə Türkiyədə sərnişin avtobusu aşıb, 11 nəfər yaralanıb 1-07-2024, 09:36 218 A- A+ Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Afyonkarahisar-Uşak yolunda baş verib.Qəza nəticəsində 11 nəfər yaralanıb.Onlar xəstəxanaya yerləşdiriliblər.Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.