Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdü » Memur.az

Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdü

Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdüBakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.

“Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.