Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdü
21-11-2022, 09:57
Bakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.
“Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Mənbə: https://memurtv.az/hadise/10749-paytaxtda-ana-azyashli-ushagi-ile-birlikde-itkin-dushdu.html