ABŞ hökuməti 200-dən çox hindistanlı miqrantı deportasiya edib
dunya
4-02-2025, 09:30
38

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu, ABŞ-də qalma qaydalarını pozanların deportasiyası üçün təşkil ediləcək "çoxsaylı reyslərdən" birincisidir. Onları daşıyan təyyarə Texas ştatından yola düşüb.
Hindistanlıların ABŞ-dən çıxarılması Cənubi Asiya respublikasının Baş naziri Narendra Modinin gələn həftə Vaşinqtona səfər edəcəyi barədə məlumatlar fonunda başlayıb. Bu, ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra onun ilk səfəri olacaq.