Əfqanıstan Tacikistanla sərhədə əlavə qüvvələr göndərdi » Memur.az

Əfqanıstan Tacikistanla sərhədə əlavə qüvvələr göndərdi

Əfqanıstan Tacikistanla sərhədə əlavə qüvvələr göndərdiTəhlükəsizlik tədbirlərini gücləndirmək üçün Əfqanıstan - Tacikistan sərhədinə əlavə qüvvələr yerləşdirilib.

Bu barədə fevralın 27-də Əfqanıstanın Kunduz polisi rəisi Bəxtiyar Maaz bildirib.

O, əyalətdə qanunu pozan bütün hərəkətlərin dayandırılacağını deyib.

“Qala-e-Zal, İmam Sahib və Kəlbad rayonları Tacikistanla sərhəddə yerləşir. Xoşbəxtlikdən bu əyalətdə kifayət qədər sərhədçi və polisimiz var və heç kim problemlə üzləşmir”, - deyə Maaz bildirib.

Onun sözlərinə görə, əyalətdə “Taliban”ın hakimiyyətinə qarşı çıxan bir nəfər də olsun şəxs və ya qrup yoxdur.

Polis rəisi əlavə edib ki, heç kimin insanların təhlükəsizliyini pozmağına icazə verilmir.

Mənbə: rossaprimavera.ru