Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
cemiyyet
8-08-2023, 14:12
196

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
“Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul edilməsi məsləhət görülür, uzun müddət açıq havada Günəş altında qalmaq tövsiyə olunmur”, - o qeyd edib.