İmişlidə bir sıra sahələrdə artım qeydə alınıb
bolge
27-08-2024, 09:54
54
Bu il İmişli rayonunda ötən illə müqayisədə nəqliyyat, rabitə və informasiya, həmçinin pərakəndə dövriyyədə artım olub.
"Report"un Muğan bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat xidmətinin həcmi 4 768,7 min manat olub. Bu da ötən illə müqayisədə 346,7 min manat çoxdur.
Həmçinin cari ildə informasiya və rabitə xidmətləri üzrə işin həcmi 799,1 min manat olub. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 214,1 min manat artım qeydə alınıb.
Eyni zamanda 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 176 170,9 min manat olub.
Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 703 min manat çoxdur.