Dövlət Departamenti Cənubi Koreyaya 36 ədəd “Apache” helikopterinin satışını təsdiqləyib
texnologiya
20-08-2024, 09:43
108

"Report"un məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
"Dövlət Departamenti “AH-64E Apache” helikopterlərinin, əlaqəli logistika və dəstək proqramı elementlərinin Korya Respublikasına 3,5 milyard dollar məbləğində potensial satışını təsdiqləməyə qərar verdi", - qurumun açıqlamasında deyilir.
Qeyd edilir ki, Cənubi Koreya Respublikası 36 ədəd texnikanın tədarükü üçün müraciət edib.