Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək » Memur.az

Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcəkOktyabrın 25-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbunda iştirak etmək istəyənlər Hacıqabul DAİM-ə (050-544-74-94) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.