Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı » Memur.az

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandıMilli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb. Bu barədə Memur.Az-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

İclas mayın 31-də keçiriləcək. Bu, yaz sessiyasının sonuncu iclasıdır.

İclasın gündəliyinə 6 məsələ daxildir.

Həmin layihələri təqdim edirik:

1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

2. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)

4. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş)

5. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş)

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).